Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib
# 30 noyabr 2019 15:31 (UTC +04:00)

Noyabrın 30-da Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov, Rusiya Kardiologiya Cəmiyyətinin rəhbəri Yuri Belenkov, Türkiyə Kardiologiya Dərnəyinin rəhbəri Mustafa Kamal Erol, millət vəkili, ürək qan-damar cərrahı Rəşad Mahmudov və əcnəbi kardioloqlar iştirak ediblər.

Qonaqları salamlayan T. Cahangirov konqresin əhəmiyyətindən danışıb. O bildirib ki, son illər belə beynəlxalq tədbirlərə üstünlük verilir: "Belə tədbirlər xarici və Azərbaycan kardioloqları arasında fikir mübadiləsinə səbəb olur. Bu sahədə olan problemlər həllini tapır".

R. Mahmudov da çıxışında konqresin əhəmiyyətinə toxunub. O bildirib ki, belə tədbirlər bu sahənin inkişafı baxımından effektlidir: "Səhiyyə sahəsi inkişaf edir. İcbari tibbi sığortanın da ölkə üzrə tətbiq olunması səhiyyəmizin yüksək səviyyədə olmasının göstəricisidir. Güclü kadrlar, həkimlər var".

Daha sonra tədbirdə xarici kardioloqlar çıxış ediblər.

Tədbirə 12 ölkədən 20-dək kardioloq qatılıb.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR