Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 12%-dək azalıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 12%-dək azalıb
# 21 may 2018 09:42 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 24 mln. 865,5 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı məbləğ baxımından 3 mln. 388,5 min dollar və ya 11,9% azalıb.

Qeyd edək ki, ötən ilin ilk dörd ayında Azərbaycandan Gürcüstana 28 mln. 254 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR