ABŞ Konqresinə “Skripalın işi” üzrə sanksiya layihəsi daxil edilib

ABŞ Konqresinə “Skripalın işi” üzrə sanksiya layihəsi daxil edilib
# 06 aprel 2018 18:42 (UTC +04:00)

ABŞ-da iki Konqres üzvü “Skripalın işi” üzrə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini irəli sürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd Demokrat partiyasının üzvü Xoakin Kastro və respublikaçı Mayk Ternerin tərəfindən irəli sürülüb.

Qanun layihəsi Sergey Skripala hücumda təqsirli bilinənlər və Rusiya maliyyə institutlarına sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR