Ukrayna Avropa Yayım İttifaqını ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Ukrayna Avropa Yayım İttifaqını ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
# 04 aprel 2017 12:52 (UTC +04:00)

Ukraynanın Milli İctimai Teleradio Şirkəti Avropa Yayım İttifaqını ölkənin daxili işinə qarışmaqda ittiham edib.

APA-nın məlumatına görə, bu barədə bəyanatın mətni Ukraynanın “Birinci kanal”ının saytında yayımlanıb.

Ukrayna tərəfi Avropa Yayım İttifaqının baş direktoru İnqrid Deltenrenin Rusiya təmsilçisinin Ukraynaya buraxılmaması səbəbi ilə “Eurovision” müsabiqəsinin boykot edilə biləcəyi ilə bağlı açıqlamasına reaksiya verilib. Ukrayna Avropa Yayım İttifaqını ölkənin suverenliyinə hörmət etməyə, xarici siyasi manipulyasiyalar üçün alətə çevrilməməyə və bu kimi bəyanatlarla müsabiqənin təşkilinə mane olmamağa çağırıb.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti 2015-ci ildə Krıma səfər etdiyi üçün Rusiyanın “Eurovision 2017” mahnı müsabiqəsində təmsilçi seçdiyi Yuliya Samoylovanın Ukraynaya girişinə 3 il qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR