Ekvadorda “donuz qripi”ndən 22 nəfər ölüb

Ekvadorda “donuz qripi”ndən 22 nəfər ölüb
# 23 yanvar 2018 01:50 (UTC +04:00)

Son iki ay ərzində Ekvadorda H1N1 virusu (“donuz qripi”) 22 nəfərin həyatına son qoyub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin açıqlamasında bildirilir.

Məlumata əsasən, noyabrın 19-dan yanvarın 200-dək ölkə ərazində 441 nəfər ölümcül xəstəliyə yoluxub, onlardan 22-si ölüb.

Qeyd edək ki, H1N1 virusu 2009-cu ildə Meksikada yaranıb. Daha sonra kütləvi epidemiyaya çevrilən xəstəlik bütün dünyaya yayılaraq minlərlə insanın həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR