Keçmiş “OMON”çuların apellyasiya şikayətləri təmin edilməyib

Keçmiş “OMON”çuların apellyasiya şikayətləri təmin edilməyib
# 08 noyabr 2016 14:48 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov və digərlər şəxslərin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, onların şikayətləri təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub.

Məhkəmə işin icraata qəbul edilməsindən imtina edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub. Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR