Lənkəranda avtomobil 15 yaşlı oğlanı vurub

Lənkəranda avtomobil 15 yaşlı oğlanı vurub
# 10 avqust 2017 12:36 (UTC +04:00)

Ələt-Astara yolunda yol qəzası baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Lənkəran rayonunun Şirinsu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Fərzizadə Fuad Cəbrayıl oğlunu yolu keçmək istəyərkən maşın vurub. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 15 yaşlı oğlanın vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR