Azərbaycan XİN rəhbərinin müavini: "ÜTT-yә üzv olmaq ilә bağlı növbәti görüşә hazırlıq işlәri davam edir"

Azərbaycan XİN rəhbərinin müavini: "ÜTT-yә üzv olmaq ilә bağlı növbәti görüşә hazırlıq işlәri davam edir"
# 14 may 2015 19:03 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "Ümumdünya Ticarәt Tәşkilatına üzv olmaq ilә bağlı növbәti görüşә hazırlıq işlәri davam edir". Bu barәdә APA-nın ÜTT-yә üzv olmaq istiqamәtindә aparılan işlәrlә bağlı sualına cavabında Azərbaycan xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib.

Onun sözlәrinә görә, sonuncu görüş mart ayında olub: "Yeni tәkliflәr var, yeni ölkәlәr bizimlә danışıqlara girmәk istәyirlәr. Bütün bu mәsәlәlәrә baxılır. Yeni әmәkdaşlıq etmәk istәyәn ölkәlәrin tәkliflәri başqa istiqamәtdәdir. Onlar bizdәn tariflәri azaltmağımızı istәyirlәr. Biz hәlә bunlara baxmalıyıq. Hazırlıq işlәri gedir. Biz hazır olanda yeni görüş baş tutacaq. İndi işi biz görmәliyik. Çünki onlar suallarını, tәkliflәrini artıq veriblәr. Biz indi bunlara baxmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR