Avropa İttifaqı və Kanada arasında ticari-iqtisadi müqavilə imzalanıb - YENİLƏNİB

Avropa İttifaqı və Kanada arasında ticari-iqtisadi müqavilə imzalanıb - <span style="color: red;">YENİLƏNİB
# 30 oktyabr 2016 14:24 (UTC +04:00)

Bu gün Avropa İttifaqı və Kanada arasında ticari-iqtisadi müqavilə imzalanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bundan sonra sənəd təsdiq olunmaq üçün Avropa Parlamentinə təqdim olunmalıdır.

Avropa Parlamentində qəbul edildikdən sonra müqavilə qismən həyata keçirilməyə başlanacaq. Müqavilənin tam qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv bütün ölkələrdə ratifikasiya olunması vacibdir.

***

saat 15.50

Bu gün Avropa İttifaqı Kanada ilə ticari-iqtisadi müqavilə imzalayacaq.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzalanma mərasimindən əvvəl keçirilən Avropa ittifaqı-Kanada sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

F. Moqerini nəhayət, müqavilənin bu gün imzalanacağından çox şad olduğunu söyləyib.

ABŞ-la azad ticarət zonası ilə bağlı danışıqların davam etməsi barədə sualı isə Avropa İttifaqın ticarət məsələləri üzrə komissarı Sesiliya Malmstrem cavablandırıb. S. Malmstrem deyib ki, ABŞ-la danışıqlarda irəliləyişlərə nail olunub, ancaq seçkilərdən sonra ABŞ-da formalaşacaq yeni administrasiyanı gözləməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR