"KasperskyLab" gələn ilin əsas təhlükələrini açıqlayıb

"KasperskyLab" gələn ilin əsas təhlükələrini açıqlayıb
# 22 dekabr 2016 09:52 (UTC +04:00)

"Kaspersky Laboratory" ("KasperskyLab") 2017-ci ildə kibertəhlükəsilzik sahəsində əsas təhlükələri açıqlayıb.


"APA-Economics" RNS agentliyinə istinadən xəbər verir ki, növbəti ildə kibertəhlükəsizlik sahəsində ilk plana məlumatların məxfiliyi və şəxsi məlumatların saxlanılması məsələləri daxil ediləcək. Bura həmçinin kibervalyutaların istifadəsi ilə internet cinayətlərlə mübarizə də daxildir.

Şirkətin analitikləri təxmin edirlər ki, gələn il kibercinayətkarlar daha çox "qısa yoluxma"lara üstünlük verəcəklər. Belə hücumlar zamanı kiçik həcmli proqramlardan istifadə olunur. Bu proqramlar kompüterin əməliyyat yaddaşında yerləşdirilir və sonradan heç bir iz buraxmadan itirlər.

“Kiberhücumlar daha çox siyasi xarakter daşıyır. İri şirkətlərin kibercasusluq faktları üzə çıxdıqca isə xüsusilə dövlət səviyyəsində ciddi geosiyasi nəticələrə səbəb olur", - deyə şirkətdən qeyd ediblər.

Mütəxəssislər hesab edirlər ki, 2017-ci ildə cinayətkarların diqqət mərkəzində yalnız banklar deyil, bir sıra maliyyə təşkilatları (məsələn, fond birjaları və ya investisiya fondları) da daxil ediləcək. Ancaq əsas təhlükə kriptovalyutanın istifadəsi ilə bağlıdır. Bu gün onların sayı 50-yə çatır və onlardan 10-u ciddi bazar kapitallaşmasına malikdir.

Mütəxəssislər həmçinin 2016-cı ilin əsas kibertəhlükələrini də açıqlayıblar. "Kaspersky Laboratory" mütəxəssisləri bildirir ki, irimiqyaslı pul oğurluqları artıq SWIFT banklararası şəbəkə vasitəsilə həyata keçirilir.

"Müasir kiberoğrular artıq sadə vətəndaşlara hücum etmirlər. Onlar üçün banklara hücum etmək daha maraqlıdır. Məhz bu sistemin köməyi ilə 2016-cı ilin fevralında cinayətkarlar Banqladeş Mərkəzi Bankından 100 mln. dollar pul oğurlanıb", - deyə ekspertlər qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR