Zaqatalada qısqanclıq zəminində arvadını öldürən şəxsin məhkəməsi başlayır

Zaqatalada qısqanclıq zəminində arvadını öldürən şəxsin məhkəməsi başlayır
# 09 dekabr 2019 16:30 (UTC +04:00)

Zaqataladada arvadını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, cinayət işi üzrə materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Həyat yoldaşını qətlə yetirdikdən sonra hadisə yerindən qaçan ər tutulub.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayonun Suvagil kənd sakini Aqşin Qədir oğlu Qədirov rayon ərazisində tutularaq istintaqa təhvil verilib.

İlkin ehtimala görə, qətl qısqanclıq zəminində törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR