Bakıda RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir

Bakıda RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir
# 28 noyabr 2017 08:22 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi öz işinə başlayıb.

APA-Economics” xəbər verir ki, açılışda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sərginin əhəmiyyətindən danışıb.

K.Həsənovun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sisteminin aktivləşdirilməsi, eyni zamanda bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsidir.

"Sərgidə dünyanın 14 ölkəsindən, 70-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlər tərəfindən 150-dən çox layihənin təqdimatı olacaq",- deyə K.Həsənov qeyd edib.

Qeyd edək ki, sərgidə Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri, Türkiyə, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, Polşa, İtaliya, Kipr, Andorra, Gürcüstan və İspaniyanın tikinti şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR