Lənkəranda yanğın nəticəsində 5 baş iri buynuzlu heyvan tələf olub

Lənkəranda yanğın nəticəsində 5 baş iri buynuzlu heyvan tələf olub
# 27 noyabr 2016 21:53 (UTC +04:00)

Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Girdəni kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünü yanar konstruksiyaları, içərisinə yığılmış 20 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 1 m2 sahədə yanıb.

Yanğın zamanı tövlədə olan 5 baş iri buynuzlu heyvan və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR