Yanvar ayında SOCAR-ın Kulevi terminalından 0,1 mln. ton neft və neft məhsulu nəql olunub

Yanvar ayında SOCAR-ın Kulevi terminalından 0,1 mln. ton neft və neft məhsulu nəql olunub
# 06 mart 2018 15:24 (UTC +04:00)

SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalı cari ilin yanvar ayında 0,1 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, yanvarda Gürcüstanın dəniz liman və terminalları, ümumilikdə 1,4 mln. ton yük emal edib.

Yanvar ayında Poti limanında 0,6 mln. ton, Batumi limanında 0,3 mln. ton, Supsa neft terminalında isə 0,4 mln. ton yük emal edilib.

Hesabat dövründə Poti və Batumi dəniz limanlarında emal olunmuş yük konteynerlərinin sayı 34 585 ədəd təşkil edib ki, bu da 2017-cı ilin yanvar göstəricisi ilə müqayisədə 316 ədəd çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR