Bu il Azərbaycan elektrik enerjisinin ixracını 5,3 dəfə artırıb

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 5,3 dəfə artırıb
# 09 mart 2018 09:52 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 20 mln. 290,09 min ABŞ dolları dəyərində 398 840,59 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 324 024,36 min kVt/saat və ya 5,33 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 16 mln. 852,83 min dollar və ya 5,90 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 3 mln. 437,26 min dollar dəyərində 74 816,23 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,92%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR