"Aqrolizinq" iki satınalma müqaviləsi imzalayıb, üç kotirovka sorğusunun nəticəsi ləğv olunub

"Aqrolizinq" iki satınalma müqaviləsi imzalayıb, üç kotirovka sorğusunun nəticəsi ləğv olunub
# 26 oktyabr 2017 08:21 (UTC +04:00)

"Aqrolizinq" ASC iki şirkətlə satınalma müqavilə imzalayıb.


"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, "Aqrolizinq" ASC-nin Sabirabad regional nümayəndəliyinin istifadəsində olan "QAZ 3309" markalı yanacaq daşıyan avtomobilin təmir işlərinin satın alınması məqsədi ilə keçirdiyi kotirovka sorğusunda "SƏCCAD-2016" MMC qalib gəlib.


Bundan başqa, "Aqrolizinq" ASC-nin Regional Nümayəndəliklərinin rayon bölmələrinə verilmiş traktor qoşqularının banını örtmək üçün 4x6 metr ölçüdə pambıq parçadan hazırlanmış 400 ədəd örtüyün satın alınması məqsədi ilə keçirdiyi kotirovka sorğusunda "Gilan Tekstil Park" MMC qalib olub.


Bununla yanaşı, "Aqrolizinq" ASC-nin Şirvan regional nümayəndəliyinin anbarlarının dam örtüklərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin satın alınması məqsədi ilə keçirdiyi kotirovka sorğusunun nəticələri ləğv olunub.


"Aqrolizinq" ASC-nin yerli istehsaldan olan 2 baş törədici buğanın satın alınması məqsədi ilə keçirdiyi kotirovka sorğusunun nəticələri də ləğv olunub.

ASC-nin balansında olan 15 ədəd avtonəqliyyat vasitəsinin kasko sığortalanmasının satın alınması məqsədi ilə keçirdiyi kotirovka sorğusunun nəticələri ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR