Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırıb

Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırıb
# 24 aprel 2017 08:55 (UTC +04:00)

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Şimali Koreya məsələsini müzakirə edib və vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin lideri bildirib ki, ölkəsi qətiyyətlə BMT TŞ-nin qətnamələrini pozmağa yönəlmiş fəaliyyətlərə qarşı çıxır: “Koreya yarımadasının problemini maraqlı tərəflər öz öhdəliklərini yerinə yetirdikləri və görüşməyə hazır olduqları halda həll etmək mümkün olacaq. Çin Koreya yarımadasında sülhə yardım etmək üçün bütün tərəflərlə, o cümlədən ABŞ-la işləməyə hazırdır”,- deyə Çin sədri bildirib.

Tərəflər həmçinin ümumi narahatlıq kəsb edən məsələlərlə bağlı ehtiyac olduğu halda kontakta girmək və fikir mübadiləsi aparmaq barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR