Dövlət Gömrük Komitəsinin sədri Yevlaxda sahibkarlarla görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Yevlaxda sahibkarlarla görüşüb
# 25 avqust 2017 13:13 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlaxda sahibkarlarla görüşüb.

APA-nın yerli müxbirinin xəbərinə görə komitə sədri A. Əliyev sahibkarlarla görüşü Yevlax Gömrük İdarəsində baş tutub. Yerli iş adamları komitə sədri ilə gömrük keçid məntəqələrində qarşılaşdıqları çətinlikləri müzakirə ediblər. A.Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin əsas hədəfi xarici ticarət dövriyyəsinin inkişafına xidmət edir: “Bu səbəbdən də xarici ticarətlə məşğul olan sahibkarların fikrini öyrənmək və gömrük sənədləşdirilməsində mövcud olan problemləri dinləyib həlli üçün çalışmaq çox vacibdir”.

A. Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsi yeni keçid məntəqələrinin açılması üzərində çalışır. “Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən quru keçid məntəqələri modernləşdirilib. Ölkəyə turist axının çoxalması ilə əlaqədar olaraq xətlərin artırılması üzərində çalışırıq. Amma maddi vəsait və kadr çatışmazlığı var. Bu gün mövcud olan ştat cədvəli ilə yeni xətlər açılıb. Hava xətlərində kifayət qədər yeni reyslər fəaliyyətə başlayıb. Bunları təmin etmək üçün bizə yeni ştat vahidləri tələb olunur. Biz bununla bağlı təkliflər hazırlamışıq. Bu məsələlər müsbət həll olunandan sonra biz artıq bu sahədə də planlaşdırılmış şəkildə fəaliyyətimizi davam etdirə bilərik”, - deyə A.Əliyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR