5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədov dünyasını dəyişib.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi məlumatı təsdiqləyib. 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından ölüb.
Bu gün günorta saat 15:00 radələrində Təzə Pir məscidində vida mərasimi keçiriləcək.