Moskva bazarında güclü yanğın baş verib

Moskva bazarında güclü yanğın baş verib
# 18 yanvar 2018 03:24 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskvada, “Sadovod” ticarət kompleksinin ərazisində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə 100 yanğınsöndürən və 30 texnika cəlb olunub.

Bazarın 1-ci mərtəbəsində başlayan yanğın 300 kvadratmetr ərazini əhatə edib.

Yanğın zamanı 40 nəfər təxliyə olunub. Hazırda yanğın söndürülüb, tələfat yoxdur. İnsidentin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR