Manatın bahalaşması davam edir

Manatın bahalaşması davam edir
# 11 oktyabr 2016 07:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 10-u ilə müqayisədə dəyişməyərək 1,6006 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,7822 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 10-u ilə müqayisədə 0,4% bahalaşaraq 0,0258 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5205 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9723 manatdır. Beləliklə, funt sterlinq 0,7%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 1% ucuzlaşaraq 0,6826 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR