Şəmkirdə taksi sürücüsünü qətlə yetirən 22 yaşlı oğlan 19 il azadlıqdan məhrum edilib

Şəmkirdə taksi sürücüsünü qətlə yetirən 22 yaşlı oğlan 19 il azadlıqdan məhrum edilib
# 06 fevral 2018 15:07 (UTC +04:00)

Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluq və qəsdən adam öldürmədə təqsirləndirilən Şəmkir rayon sakini Murtuzov Eşqin Firudin oğlunun cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

APA-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, 1996-cı il təvəllüdlü E. Murtuzov cəzasını 5 ili qapalı, 14 ili isə ciddi rejimdə cəzaçəkmə müəssisində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Murtuzov Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə yolu ilə qəsdən adam öldürmə) və 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərbə vurmaqla quldurluq törətmək) maddələri ilə ittiham olunub.

Hadisə 2017-ci ili yanvarın 17-də axşam saatlarında Şəmkirin Seyfəli kəndində baş verib. Kənd sakini 21 yaşlı Eşqin Murtuzov Gəncədə əyləşdiyi taksinin sürücüsü 59 yaşlı Namiq Babayevə yolda hücum edib, onu kəsici alətlə yaralayaraq ağır bədən xəsarətləri yetirib.

Bundan sonra E. Murtuzov sürücünün mobil telefonun və nağd pulunu ələ keçirib, avtomobili isə həmkəndlisinə satıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən sürücü Namiq Babayev 3 gün sonra dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR