Göyçayda "İnfiniti" və "Jiquli" toqquşub, yaralılar var

Göyçayda "İnfiniti" və "Jiquli" toqquşub, yaralılar var
# 12 mart 2019 21:27 (UTC +04:00)

Göyçayda iki minik avtomobili toqquşub.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"İnfiniti" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar - Göyçayın Yeniarx kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmraslan oğlu və Xəlitli kənd sakini, 1998-ci il təvəllüdlü Qasımov Anar Şakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Polisdən alınan məlumata əsasən, Göyçay rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "99-EF-033" dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil qəzadan öncə bir piyadanı da vurub.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR