Tbilisidə “Qızılgül meydanı”nın və Mirhəsən Vəzirov küçəsinin adı dəyişdirilib

Tbilisidə “Qızılgül meydanı”nın və Mirhəsən Vəzirov küçəsinin adı dəyişdirilib
# 25 may 2018 15:50 (UTC +04:00)

Tbilisi Şəhər Sakrebulosunun (şura) bu gün keçirilən iclasında Mirhəsən Vəzirov küçəsinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, küçəyə 1918-ci ildə Gürcüstan parlamentinin sədri olmuş Nikoloz Çxeidzenin adı verilib.

Sakrebulonun qərarına əsasən, daha 14 küçənin də adı dəyişdirilərək Gürcüstanın ilk respublikasının yaradılmasında böyük rol oynamış şəxsiyyətlərin şərəfinə adlandırılıb.

Bununla yanaşı, iclasda “Qızılgül meydanı”nın adının “Birinci Respublika” adı ilə əvəzlənməsi barəsində də qərar qəbul olunub.

Sakrebuloda təmsil olunan müxalif fraksiyalar səsvermədə iştirak etməyiblər. Fraksiya üzvləri meydanın adının dəyişdirilməsinə etiraz ediblər. Onlar hökuməti Gürcüstanın yaxın tarixini pozmaqda ittiham ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR