Lənkəranda oğrular evi yandırıblar

Lənkəranda oğrular evi yandırıblar
# 11 mart 2019 00:15 (UTC +04:00)

Lənkəran rayonunda oğurluq edə bilməyənlər evi yandırıb qaçıblar.

ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə axşam saatlarında rayonun Kənarmeşə kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Tofıq İsmayılova məxsus evin həyətində yerləşən mağazaya daxil olmağa çalışan oğruların istəyi baş tutmayıb. Onlar mağazanın pəncərəsini sındırsalar da, barmaqlıqları və qapını qırıb içəri keçə bilməyiblər.

Duyuq düşən ev (mağaza) sahibini görən oğrular qaçıblar. Hadisə şahidlərinin sözlərinə görə, oğurluğa cəhd edənlər 2 nəfər olublar.

Təxminən 1 saat sonra Tofiq İsmayılovun qayınatasının evini də qarət etməyə çalışanların cəhdləri nəticəsiz qalıb və naməlum şəxslər yaşayış olmayan evi yandırıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR