Bakıda küçədə kişi meyiti tapılıb

Bakıda küçədə kişi meyiti tapılıb
# 25 dekabr 2019 09:21 (UTC +04:00)

Bakıda küçədə meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

Həmin küçədə huşsuz vəziyyətdə olan, 50-55 yaşlarında tüfeyli həyat sürən kişinin meyiti tapılıb. Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR