FHN Sabirabadda ölümlə nəticələnən yanğınla bağlı məlumat yayıb

FHN Sabirabadda ölümlə nəticələnən yanğınla bağlı məlumat yayıb
# 02 dekabr 2017 21:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Sabirabadda bir nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı məlumat yayıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Nərimankənd kəndində ümumi sahəsi 150 m2 olan (üst örtüyü qamışdan ibarət) birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları və bir otağı 20 m2 sahədə yanıb. Ev sahibinin həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qarayeva Kübra Nəsir qızı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda yanan evdən çıxarılıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, K.Qarayeva xəstəxanaya aparılarkən yolda keçinib.

Evin qalan hissəsi və evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR