“Hizbullah” lideri ABŞ-ı İŞİD-i dəstəkləməkdə günahlandırıb

“Hizbullah” lideri ABŞ-ı İŞİD-i dəstəkləməkdə günahlandırıb
# 11 oktyabr 2016 21:58 (UTC +04:00)

Bakı-APA. ABŞ rəhbərliyi Suriyadakı münaqişəni dərinləşdirmək və ölkəni parçalamaq məqsədilə İŞİD terror qruplaşmasını silahlandırır və maliyyələşdirir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Əl-Manar” telekanalına müsahibəsində Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bildirib.

“Çox guman ki, ABŞ administrasiyası vəziyyəti daha da gərginləşdirmək üçün terrorçulara dəstəyini genişləndirəcək. ABŞ-ın hazırda məqsədi İŞİD terrorçularını Rəqqada və İraqla həmsərhəd Deyr-əz-Zorda cəmləşdirməkdir”, deyə Nəsrulla qeyd edib.

“Hizbullah” lideri hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusunun Deyr-əz-Zor yaxınlığındakı mövqelərinə zərbələri İŞİD-ə dəstək məqsədilə endirib: “Məqsəd Deyr-əz-Zor şəhərini və hərbi aerodromu ələ keçirməkdə İŞİD-ə yardım etməkdir”.

“Yaxın gələcəkdə siyasi həll gözlənilmir. Əksinə, münaqişə və qarşıdurma daha da dərinləşə bilər”, - deyə Nəsrulla qeyd edib.

Qeyd edək ki, “Hizbullah” hərəkatı Suriyada münaqişə başlayandan terror qruplaşmaları ilə döyüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR