Bolqarıstanda miqrantlara qarşı etiraz aksiyası keçirilib

Bolqarıstanda miqrantlara qarşı etiraz aksiyası keçirilib
# 20 noyabr 2016 18:30 (UTC +04:00)

Bolqarıstanın Xarmanlı şəhərində miqrantlara qarşı etiraz aksiyası keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, etirazçılar şəhərdə yerləşən qaçqın düşərgəsinin bağlanmasını tələb ediblər.

Aksiyada 500-dən çox insan iştirak edib. Onların sözlərinə görə, düşərgədə 3 min qeyri-qanuni miqrant məskunlaşıb. Eyni zamanda miqrantlara şəhərdə azad hərəkət etməyə icazə verilib. Bununla əlaqədar yerli sakinlər yoluxucu xəstəliklərin yayılmasından ehtiyat etdiklərini bildiriblər.

“Tələblərimiz yerinə yetirilməsə vətəndaş itaətsizliyi aksiyasına başlayacaq, yolları bağlayacağıq”, deyə aksiyanın təşkilatçıları bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR