Astarada mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alan var

Astarada mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alan var
# 05 fevral 2018 09:11 (UTC +04:00)

Astara rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Təngərüd kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə 1996-cı il təvəllüdlü Adil Tərəhəm oğlu Məlikov ağır xəsarət alıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR