Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq
# 31 mart 2018 22:31 (UTC +04:00)

Rusiyadakı britaniyalı diplomatların sayının Britaniyadakı rusiyalı diplomatların sayı ilə bərabərləşməsi üçün Böyük Britaniya diplomatik missiyasının 50-dən çox əməkdaşı vətəninə dönməlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” səhifəsində bildirib.

M.Zaxarova bundan əvvəl 23 rusiyalı diplomatın Britaniyadan çıxardığını xatırladıb. Londonun bu addımına cavab olaraq Moskva da 23 britaniyalı diplomatı ölkədən çıxarmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR