Tramp: "Məskunlaşmaya dair qətnamə Yaxın Şərqdə sülhün əldə olunmasını çətinləşdirəcək"

Tramp: "Məskunlaşmaya dair qətnamə Yaxın Şərqdə sülhün əldə olunmasını çətinləşdirəcək"
# 25 dekabr 2016 03:22 (UTC +04:00)

BMT TŞ-nin İsrailin Fələstin ərazilərində məskunlaşmasına qadağa qoyan qətnaməsi Yaxın Şərqdə sülhün bərpasını çətinləşdirəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“İsrailin BMT-dəki böyük məğlubiyyəti sülhün əldə olunmasını daha da çətinləşdirəcək”, - deyə Tramp “Twitter” səhifəsində bildirib.

“Lakin biz istənilən halda məqsədimizə nail olacağıq”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edilib.

Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

İsrail qətnaməni icra etməyəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR