Həsən Ruhani: "İrana qarşı tətbiq olunan sanksiyalar gec-tez qaldırılacaq"

Həsən Ruhani: "İrana qarşı tətbiq olunan sanksiyalar gec-tez qaldırılacaq"
# 30 dekabr 2019 14:27 (UTC +04:00)

İran Prezidenti Həsən Ruhani ölkəyə qarşı tətbiq olunan sanksiyaların gec-tez qaldırılacağına inandığını deyib.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Həsən Ruhani bu barədə İranın neft - kimya sənayesi sahəsində naliyyətləri ilə bağlı təşkil olunan sərgidə deyib.

"Mən tam əminliklə deyirəm ki, İran əleyhinə embarqonun dövrü gec-tez başa çatacaq. İranın düşmənləri başa düşdülər ki, maksimum təzyiq göstərsələr belə? iranlıları təslim olmağa məcbur edə bilməzlər", - deyə Həsən Ruhani bildirib.

İran Prezidenti bildirib ki, maksimum təzyiq vasitəsilə xarici qüvvələr İran xalqına diktə etməyə çalışıb: "Keçən il onlar İrana qarşı müharibəyə başladılar və bütün dünyanı İrana qarşı qoymaq üçün siyasi koalisiyalar qurmağa cəhd etdilər, uğursuzluğa düçür oldular".

Xatırladaq ki, 2018-ci ilin mayından etibarən ABŞ Tehranın nüvə proqramı ilə bağlı olan Birgə Hərtərəfli Fəaliyyət Planını tərk etdiyini bəyan edib və İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR