Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Aliyə Cahangirova AMEA-da dizayner işləyib. İttihama görə, A. Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min manatını ələ keçirib. Onun bacısı Gülnarə Naibovanın 8500 manatını alıb. A. Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilib.
AMEA-nın dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşına hökm oxunub
21 aprel 2017 10:13 (UTC +04:00)
Hadisə
Onlayn oyunlara qoşulanları feyk hesabla talayan şəxs saxlanılıb - FOTO
13:05
27 aprel 2024
Şuşanın Qaybalı kəndində mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb
13:00
27 aprel 2024
Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxs dövlət orqanlarına girib hamını güllələmək istədiyini açıqlayıb
10:52
27 aprel 2024
FHN: Ötən sutka ərzində 36 yanğına çıxış olub, 7 nəfər xilas edilib
10:43
27 aprel 2024