Hindistanda fabrikin yanması nəticəsində 8 nəfər ölüb

Hindistanda fabrikin yanması nəticəsində 8 nəfər ölüb
# 25 sentyabr 2017 08:26 (UTC +04:00)

Hindistanın Carkxand ştatında pirotexniki vasitələr hazırlayan gizli fabrikdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, azı 25 nəfər xəsarət alıb.

APA-nın ANİ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 24-də Kumardubi yaşayış məntəqəsindəki evlərdən birində baş verib. Yerli əhali həmin evdə pirotexniki vasitələrin qanunsuz istehsalı ilə məşğul olub. Yanğın nəticəsində binanın bir hissəsi uçub.

Hadisə yerində xilasetmə xidməti fəaliyyət göstərir, binanın qalıqları altında insanların qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR