Azərbaycanda 23 minə yaxın gəncə peşəyönümü məsləhətləri verilib

Azərbaycanda 23 minə yaxın gəncə peşəyönümü məsləhətləri verilib
# 09 aprel 2019 12:22 (UTC +04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən orta ümumtəhsil məktəblərində gənclər üçün peşəyönümü tədbirləri davam etdirilir.

ONA Nazirliyə istinadən xəbər verir ki, cari ilin birinci rübündə keçirilən bu tədbirlər zamanı 22 735 gəncə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Müsahibə və testlər keçirilməklə, onların müxtəlif peşə və ixtisas sahələri üzrə maraq və bacarıqları müəyyən edilib. Bu əsasda, habelə əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə gənclərə məsləhət xidmətləri göstərilib.

Həmçinin onlar Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri haqqında məlumatlandırılıb.

Gənclərin düzgün peşə seçiminə və bununla da gələcəkdə əmək bazarına daha asan çıxışına dəstək məqsədi daşıyan belə tədbirlərin il ərzində 65 şəhər və rayondakı məktəblərdə keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR