Paşha Bank
Bank Of Baku

Son iki ildə 2000-dən çox şəxsin əmək pensiyası əskik ödənilib - VİDEO

ƏƏSMN

© APA | ƏƏSMN

# 11 yanvar 2022 12:50 (UTC +04:00)

Son 2 il ərzində 2000-dən çox şəxsin əmək pensiyasının əskik ödənildiyi aşkarlanıb.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.

Onun sözlərinə görə, nəticədə bu şəxslərin əmək pensiyaları yenidən hesablanıb: “Orta hesabla pensiya məbləğləri 633 manatdan 739 manata qədər artırılıb. Bu, bir şəxsin pensiyasında təqribən 100 manat, orta hesabla 17-18 faiz artım deməkdir. Keçmiş dövr üzrə bu kontingentə 3 milyondan artıq ödənilməli olan vəsait hesablanıb. Həmin 3 milyon manat vəsait də qanunvericiliyin tələblərinə uyğun ödənilməkdədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR