Azərbaycanda dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar 1500 manata qədər cərimələnəcək

Azərbaycanda dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar 1500 manata qədər cərimələnəcək
# 23 noyabr 2016 16:55 (UTC +04:00)

Azərbaycanda yoxlama zamanı dövlət orqanlarına təhrif olunmuş, yanlış məlumatın verən sahibkarlar cərimələnəcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanına yoxlama zamanı təhrif olunmuş, yanlış məlumatın verən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR