DİM: Müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur

DİM: Müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur
# 10 iyul 2017 09:16 (UTC +04:00)

Dövlət orqanlarında müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur.

APA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov bildirib.

O deyib ki, əgər dövlət orqanında vakansiya varsa, bu haqda DİM-ə məlumat verilməlidir.

Qanunvericilikdə baş verən dəyişikliklərə görə dövlət qulluğuna qəbulda fasilə yarandığını xatırladan B. Xəlilov qeyd edib ki, fasilə aradan qalxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR