Azərbaycan neft məhsullarının ixracını 43% azaldıb

Azərbaycan neft məhsullarının ixracını 43% azaldıb
# 20 oktyabr 2017 14:57 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 238 mln. 267,28 min dollar dəyərində 617 min 679,165 ton neft məhsulları ixrac edib.

"APA-Economics" xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 469 min 188,18 ton və ya 43,17%, məbləğ baxımından isə 26 mln. 992,07 min dollar və ya 10,17% azdır.

Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,93% təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 265 mln. 259,35 min dollar dəyərində 1 mlrd. 86 min 867,83 ton neft məhsulu ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR