Polis rəisinin müavinindən pul tələb edən qadın özünü təqsirli bilməyib

Polis rəisinin müavinindən pul tələb edən qadın özünü təqsirli bilməyib
# 20 oktyabr 2017 09:54 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V. Dadaşova ifadə verib. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib.

Proses oktyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, V.Dadaşova ibtidai sinfə qədər uşaqlara hazırlıq keçib. O, İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılov barəsində internetə məlumat yerləşdirməklə onu şantaj etməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR