ABŞ-da silahlı insident baş verib, bir polis əməkdaşı ölüb, digəri yaralanıb - YENİLƏNİB

ABŞ-da silahlı insident baş verib,  bir polis əməkdaşı ölüb, digəri yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 dekabr 2016 21:15 (UTC +04:00)

ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) baş verən silahlı insident nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

APA-nın Fox News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yaşayış komplekslərinin birində qeydə alınıb.

Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib. Onun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisənin motivi hələlik məlum deyil.

***

22:04

ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) silahlı insident baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib.

Məlumata görə, şəhərdə yerləşən yaşayış komplekslərinin birində atışma olub. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.

Yaxınlıqdakı universitetin əməkdaşları və tələbələri təxliyə olunub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR