"Taliban" terror təşkilatına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

"Taliban" terror təşkilatına qoşulmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 09 oktyabr 2017 09:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistanda qanunsuz silahsız birləşmələrə qoşulmaqda təqsirləndirilən Adil Qaibovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başlayıb.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Məhkəmənin baxış iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, A. Qaibov DTX -nın əməliyyatı nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı birləşmə) yaratma maddəsinə əsasən ittiham edilib. Müəyyən edilib ki, A. Qaibov 2008-ci ildə Pakistanda “Taliban” terror təşkilatının qollarından birinə qoşulub. O, Bakıya qayıtdığı zaman DTX tərəfindən həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR