Naxçıvan DSMF-nin sədr müavini vəzifəsindən azad edilib

Naxçıvan DSMF-nin sədr müavini vəzifəsindən azad edilib
# 02 dekabr 2019 14:00 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.

Ali Məclis sədrinin digər sərəncamı ilə Mirsədr Seyidov isə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti rəisinin müavini təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR