Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub

Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub
# 20 oktyabr 2016 09:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub.

APA-nın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini, əvvəllər məhkum olunmuş, 1959-cu il təvəllüdlü Əhliman İmanzadədən və İran İslam Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, 1978-ci il təvəllüdlü Əkbər Şəfəqniyadan 36 qr həşiş və 22,4 qr marixuana götürülüb.

Ə.İmanzadənin yaşadığı evə baxış zamanı 4 kq həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR