BDU kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

BDU kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
# 25 noyabr 2019 10:37 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. APA-nın məlumatına görə, BDU rektoru Elçin Babayevin rəhbərlik etdiyi kollektiv universitetin 100 illik yubileyi münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR