SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb
# 24 dekabr 2019 17:50 (UTC +04:00)

SOCAR prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan SOCAR-ın bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüş zamanı qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında "SOCAR Georgia Petroleum"un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR