"Yüksəliş” müsabiqəsində 21-51 yaşlı insanların iştirakı və qaliblərə 20 min manat verilməsi məsələsinə aydınlıq gətirilib

"Yüksəliş” müsabiqəsində 21-51 yaşlı insanların iştirakı və qaliblərə 20 min manat   verilməsi məsələsinə aydınlıq gətirilib
# 27 dekabr 2019 10:32 (UTC +04:00)

Bu gün “Yüksəliş” müsabiqəsinin başlanılması ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultutarizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, bu müsabiqə kadr ehtiyatı bankının yaradılması üçün ən əlverişli müsabiqələrdən biri olacaq.

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin tarixi bir müsabiqə olduğunu qeyd edib: “Müsabiqənin müəyyən mərhələləri DİM-ə tapşırılıb. Biz bu müsabiqədə düynada istifadə olunan ən müasir alətlərdən istifadə edəcəyik. Son 20 ildə əldə etdiyimiz təcrübədən istifadə edərək, müsabiqənin yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.

Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman nazirinin müavini Fəçrhad Hacıyev “Yüksəliş” müsabiqəsinin mərhələləri barədə məlumat verib: “Müsabiqənin 5 ay davam etməsi nəzərdə tutulub. Müsabiqənin iyun ayında başa çatacağını düşünürük. Onu da deyim ki, müsabiqədə 20 qalib olacaq və onların həri birinə 20 min manat veriləcək. Məbləğin 10 min manatı həmin şəxsin təhsilinə, 10 min manat isə şəxsi xərc üçün nəzərdə tutulacaq”.

Gənclər və İdman naziri Azad Rəhimov “Yüksəliş” müsabiqəsinin kadr potensialının yaradılmasında böyük rol oynayacağını vurğulayıb. O,müsabiqəyə 21-51 yaşlı insanların dəvət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün önəmli işlər görməyə çalışırlar. 51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, ancaq böyük təcrübəyə, biliyə malikdir. Ona görə də bu insanlara da şərait yaradılmasını nəzərdə tutmuşuq”.

Tədbir sualların cavablandırılması ilə davam edib.

Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman nazirinin müuavini Fəçrhad Hacıyev “Yüksəliş” müsabiqəsinin mərhələləri barədə məlumat verib: “Müsabiqə 5 ay davam etməsi nəzərdə tutulub. Müsabiqənin iyun ayında başa çatacağını düşünürük. Onu da dkyim ki, müsabiqədə 20 qalib olaxaq və onların həri birinə 20 manat veriləcək. O məbləğin 10 min manatı həmin şəxsin təhsilinə, 10 min manat isə şəxsi xərc üçün nəzərdə tutulacaq”.

Gənclər və İdman naziri Azad Rəhimov “Yüksəliş” müsabiqəsinin kadr potensialının yaradılmasında böyük rol oynayacağını vurğulayıb.

Gənclər və İdian naziri Azad Rəhimov müsabişəyə 21-51 yaşlı insanların müsabiqəyə dəvət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün öqəmli işlərdə çalışmağa çalışırlar. 51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, anqcaq böyük təcrübəyə, biliyə malikdir. Ona görə də bu insanlara da şərait yaradılmasını nəzərdə tutmuşuq”.

Tədbir sualların cavablandırılması ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR