Moskva aviaşousunda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Moskva aviaşousunda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
# 02 sentyabr 2017 12:41 (UTC +04:00)

Rusiyada aviaşou zamanı "An-2" təyyarəsi qəzaya uğrayıb.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva vilayətinin Balaşixa şəhərində baş verən qəza zamanı təyyarədə olan iki nəfər həlak olub.


Məlumatda bildirilir ki, qəzaya səbəb pilotun idarəetməni itirməsi olub. Yerə düşən təyyarə yanmağa başlayıb.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR