Azərbaycanda dərsliklərin monitorinqi qaydaları dəyişdirilib

Azərbaycanda dərsliklərin monitorinqi qaydaları dəyişdirilib
# 20 fevral 2017 10:59 (UTC +04:00)


Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları dəyişdirilib.

Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə dərsliklərin monitorinqi (qiymətləndirilməsi) yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.

DİM-in Nizamnaməsində göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək.

Qeyd edək ki, indiyə qədər elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR